"Arzum" ləqəbli bloqer məhkəmə zalında həbs edilib


Yol-nəqliyyat hadisəsində bir gəncin ölümünə, digərinin isə xəsarət almasına səbəb olmaqda və hadisə yerindən qaçmaqda təqsirləndirilən bloqer - "Arzum" ləqəbi ilə tanınan İlduzə Hacıyeva 5 il 2 ay müddətə azadlıqdan məhrum edilib.

Şəffaflıq.az-ın məlumatına görə, bu barədə hökm Xəzər Rayon Məhkəməsində keçirilən prosesdə elan olunub.

O, məhkəmə zalında həbs edilib.

Xatırladaq ki, ötən proseslərin birində dövlət ittihamçısı onun 5 il 9 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, hadisə 2025-ci ilin iyununda Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsində baş verib. Qəza nəticəsində bir nəfər ölüb, bir nəfər isə xəsarət alıb.

İttihama görə, təqsirləndirilən qəzanı törətdikdən sonra hadisə yerini tərk edib.

İlduzə Hacıyeva Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham olunur.

Qəzanın görüntüləri hadisədən sonra sosial şəbəkələrdə də yayılıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}