Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > "Al Hadath": İran və ABŞ arasında dolayı danışıqların yeni raundu iyulun 18-də başlayacaq

"Al Hadath": İran və ABŞ arasında dolayı danışıqların yeni raundu iyulun 18-də başlayacaq


Bu gün, 16:15


İran və ABŞ nümayəndə heyətlərinin dolayı danışıqlarının növbəti raundu iyulun 18-də başlayacaq.

Şəffaflıq.az xəbər verir ki, bu barədə "Al Hadath" telekanalına mənbəyə istinadən məlumat verilib.

Bildirilib ki, İran-ABŞ danışıqlarının növbəti mərhələsi dolayı formatda keçiriləcək. Bununla yanaşı, Tehran və Vaşinqton nümayəndələrinin görüşünün keçiriləcəyi yer hələlik açıqlanmır.

Qeyd edək ki, iyulun 2-də Qətər və Pakistandan olan vasitəçilər Dohada İran və ABŞ nümayəndələri ilə ayrı-ayrı görüşlər keçirib, nəticədə müsbət irəliləyiş əldə edilib.


Geri qayıt