Son altı ayda Azərbaycanda 73 uşaq övladlığa verilib
Azərbaycanda bu ilin birinci yarısında (yanvar-iyun) 73 uşaq övladlığa verilib. Bu barədə Sosial Xidmətlər Agentliyindən məlumat verilib. Bundan başqa, həmin müddətdə 7 uşaq himayədar ailəyə verilib. Qeyd edək ki, övladlığagötürmə sahəsində idarəetmə Nazirliyə həvalə olunduğu tarixdən (1 noyabr, 2019-cu il) bu günədək 891 uşaq övladlığa verilib. 2023-cü ilin noyabrından tətbiq edilən "Himayədar ailə" qayğı modeli çərçivəsində isə 82 uşaq himayədar ailələrdə yerləşdirilib. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş








