Türkiyə sahillərində miqrant qayıgı batıb, ölən və itkin düşənlər var
Türkiyənin Muğla vilayətinin Mərmərə dənizi sahillərində qanunsuz miqrantları daşıyan qayıq batıb, nəticədə 1 nəfər ölüb, daha 2 nəfər itkin düşüb. Bu barədə Şəffaflıq.az "Haber Global"a istinadən xəbər verir. Məlumata görə, hadisə saat 20:50 radələrində baş verib. Sahil mühafizəsinin əməkdaşları əraziyə göndərilib, 15 qanunsuz miqrant xilas edilib. İtkin düşmüş iki miqrantı tapmaq üçün ərazidə axtarış-xilasetmə əməliyyatlarını davam etdirilir. Qanunsuz miqrantların hansı ölkənin vətəndaşları olduqları açıqlanmır. Qayığın hansı səbəbdən batdığı məlum deyil.
Xəbəri paylaş
Facebook-da paylaş








