Mərdəkanda dənizdə batanlardan sonuncusunun meyiti tapılıb
Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan dörd nəfərdən sonuncusunun meyiti tapılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, 2003-cü il təvəllüdlü Pərviz Zöhrab oğlu Məcidovun meyiti sahildə aşkar edilib. Xatırladaq ki, iyunun 22-də Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində ən yaxın xilasetmə məntəqəsindən 3 km aralı, dənizdə nəzarətsiz ərazidə dörd nəfər batıb. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş








