Əsas Səhifə > Hadisə > Mərdəkanda dənizdə batanlardan sonuncusunun meyiti tapılıb

Mərdəkanda dənizdə batanlardan sonuncusunun meyiti tapılıb


Bu gün, 11:49


Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan dörd nəfərdən sonuncusunun meyiti tapılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 2003-cü il təvəllüdlü Pərviz Zöhrab oğlu Məcidovun meyiti sahildə aşkar edilib.

Xatırladaq ki, iyunun 22-də Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində ən yaxın xilasetmə məntəqəsindən 3 km aralı, dənizdə nəzarətsiz ərazidə dörd nəfər batıb.

Şəffaflıq.az


Geri qayıt