Masallıda çay kənarında çətənə kolları yetişdirməkdə şübhəli bilinən şəxs həbs edilib
Masallıda çay kənarında çətənə kolları yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 47 yaşlı Babək Səmədov saxlanılıb. Ondan çaykənarı ərazidə aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 95 ədəd çətənə kolu aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə B.Səmədov barəsində həbs qətimkan tədbiri seçilib. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş








