Gürcüstan "Orta Dəhliz"də rolunu gücləndirmək istəyir


Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili bildirib ki, ölkəsi "Orta Dəhliz"in inkişafı kontekstində üzərinə düşən rolu daha səmərəli yerinə yetirmək üçün hansı addımların atılmalı olduğunu dəqiq bilir.

Şəffaflıq.az-ın məlumatına görə, o, bu barədə "İmedi" telekanalının "Daily Chronicle" proqramında danışıb.

Nazirin sözlərinə görə, müasir dünyada təkqütblü sistem artıq geridə qalıb və formalaşan çoxqütblü dünya nizamı Gürcüstandan çoxvektorlu diplomatiya yürütməyi tələb edir.

Boçorişvili qeyd edib ki, geosiyasi yol ayrıcında yerləşən Gürcüstan müxtəlif regionlar və siyasi sistemlərə malik ölkələrlə münasibətləri inkişaf etdirməlidir. Onun fikrincə, bu yanaşma ölkənin "Orta Dəhliz" çərçivəsində strateji rolunun daha da güclənməsinə xidmət edir.

Maka Boçorişvili əlavə edib ki, uzun illər Gürcüstanın xarici siyasəti əsasən bir istiqamətə fokuslanıb, lakin hazırkı geosiyasi şərait müxtəlif regionlarla münasibətlərin dərinləşdirilməsini zəruri edir. Onun sözlərinə görə, dünya geosiyasi xəritəsində əhəmiyyəti artan regionlarla əməkdaşlığın gücləndirilməsi Gürcüstan üçün strateji əhəmiyyət daşıyır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}