Ukrayna Təhlükəsizlik Xidməti Kiyevdə Krımın sabiq "energetika naziri"ni saxlayıb


Ukrayna Təhlükəsizlik Xidməti qondarma Krım rejiminin sabiq "nazir"i Sergey Kolobovu Kiyevdə saxlayıb.

Bu barədə Şəffaflıq.az "RBK-Ukrayna"ya istinadən xəbər verir.

Məlumata görə, saxlanılan şəxs Rusiya vətəndaşlığı alıb və ruspərəst qondarma hakimiyyətə kömək təklif edib. Sonradan o, yaradılmış "administrasiyada" "yanacaq və energetika naziri" vəzifəsinə təyin edilib.

Məmurun saxlanması barədə məlumat Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən təsdiqlənib, lakin bu zaman onun adı çəkilməyib. Ancaq "RBK-Ukrayna"nın hüquq-mühafizə orqanlarındakı mənbələrinin məlumatına görə, söhbət Sergey Kolobovdan gedir.

Bildirilib ki, o, şəxsi işləri ilə əlaqədar Kiyevə gedib və elə orada Ukrayna Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən saxlanılıb. Hüquq-mühafizə orqanları növbəti istintaq hərəkətlərini həyata keçirirlər.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}