Mərakeşin müdafiəçisi İssa Diop Niderland ilə oyunun ən yaxşısı olub
Futbol üzrə dünya çempionatında Niderland və Mərakeş yığmaları arasında keçirilən 1/16 final matçının ən yaxşı oyunçusu bəlli olub. Şəffaflıq.az xəbər verir ki, Afrika təmsilçisinin heyətində müdafiəçi İssa Diop oyunun ən yaxşısı adına layiq görülüb. O, 90+1-ci dəqiqədə komandasının bərabərlik qolunu vurub. Qeyd edək ki, Mərakeş Niderlandı məğlub edərək 1/8 finala yüksəlib.
Xəbəri paylaş
Facebook-da paylaş








