TDT ölkələrinin dini məsələlər üzrə dövlət qurumlarının rəhbərləri Şuşa ilə tanış olublar


Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumlarının rəhbərləri Şuşa ilə tanış olublar.

Şəffaflıq.az xəbər verir ki, Şuşada TDT ölkələri dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci görüşünün iştirakçıları Şuşa şəhərinin gəzməli və tarixi məkanlarına baş çəkiblər.

Qonaqlar əvvəlcə Azərbaycan ədəbiyyatı və incəsənətinin görkəmli nümayəndələri Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyli və Bülbülün işğal zamanı ermənilər tərəfindən güllələnmiş heykəllərinin sərgiləndiyi Şuşa şəhər mərkəzi meydanında olublar.

Qonaqlara Şuşa şəhərinin işğaldan əvvəlki dövrü və işğaldan azad edildikdən sonra şəhərdə aparılan bərpa-quruculuq işləri barədə ətraflı məlumat verilib. Onlar daha sonra Şuşa Yaradıcılıq Mərkəzində "Heydər Əliyev və Qarabağ" fotosərgisinə baxıblar, X.Natəvanın imarəti, "Xan qızı" bulağı, Şuşa qalası, Aşağı Gövhər Ağa məscidi, Yuxarı Gövhər Ağa məscidi ilə tanış olublar.

Sonda Cıdır düzünə gələn qonaqlar buradan açılan mənzərəni seyr ediblər.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}