Qazaxıstan Qurultayına seçkilər avqustun 23-də keçiriləcək
Qazaxıstan Qurultayına (parlament) deputat seçkiləri bu il avqustun 23-nə təyin edilib. Şəffaflıq.az Akordaya istinadən xəbər verir ki, müvafiq fərmanı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev imzalayıb. Sənədə əsasən, Mərkəzi Seçki Komissiyasına Qurultay deputatlarının seçkilərinin hazırlanması və keçirilməsini təşkil etmək tapşırılıb. Qazaxıstan hökumətinə, paytaxt, vilayət və respublika əhəmiyyətli şəhərlərin akimlərinə seçki kampaniyasının təşkilati, maddi-texniki və maliyyə təminatı üzrə bütün zəruri tədbirləri təxirə salınmadan görmək tapşırılıb.
Xəbəri paylaş
Facebook-da paylaş








