Əsas Səhifə > REGİON > Qazaxıstan Qurultayına seçkilər avqustun 23-də keçiriləcək

Qazaxıstan Qurultayına seçkilər avqustun 23-də keçiriləcək


Bu gün, 13:44


Qazaxıstan Qurultayına (parlament) deputat seçkiləri bu il avqustun 23-nə təyin edilib.

Şəffaflıq.az Akordaya istinadən xəbər verir ki, müvafiq fərmanı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev imzalayıb.

Sənədə əsasən, Mərkəzi Seçki Komissiyasına Qurultay deputatlarının seçkilərinin hazırlanması və keçirilməsini təşkil etmək tapşırılıb.

Qazaxıstan hökumətinə, paytaxt, vilayət və respublika əhəmiyyətli şəhərlərin akimlərinə seçki kampaniyasının təşkilati, maddi-texniki və maliyyə təminatı üzrə bütün zəruri tədbirləri təxirə salınmadan görmək tapşırılıb.


Geri qayıt