ICMP Azərbaycan və Ermənistan arasında itkin şəxslər probleminin həllinə vasitəçilik etməyə hazırdır
Azərbaycan itkin düşmüş şəxslərin məsələsinin həllində ciddi tədbirlər həyata keçirir. Şəffaflıq.az xəbər verir ki, bunu İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyasının (ICMP) baş direktoru Katrin Bomberqer "İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib. Onun sözlərinə görə, Azərbaycan konteksində görülür ki, bu ölkə yerli səviyyədə koordinasiyalı iş görür: "Azərbaycanda itkin düşmüş şəxslərin problemi ilə bağlı necə tədbirlər görülür, qanunvericilik çərçivəsində işlər həyata keçirir. İtkin düşmüş şəxslərlə bağlı məsələsinin həllində qurumlar və ailələr arasında koordinasiya daha da gücləndirilməlidir. Baş direktor bildirib ki, ICMP Azərbaycan və Ermənistan arasında itkin düşmüş şəxslər məsələsinin həllində əməkdaşlığa töhfə verməyə hazırdır: "İki ölkə arasında sülh dönəmində bu sahədə əməkdaşlıq vacibdir. Həmçinin ICMP Azərbaycanın sülhü təşviq etmək istiqamətindəki səylərini alqışlayır".
Facebook-da paylaş








