Peşə təhsili ixtisasları üzrə xərclər müəyyənləşib
Peşə təhsili ixtisasları üzrə xərcləri miqdarı müəyyənləşib. Şəffaflıq.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədovun müvafiq Qərarı ilə "Ayrı-ayrı ixtisaslar üzrə peşə təhsili müəssisələrində dövlət sifarişi ilə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı"nın və "Yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə peşə təhsili müəssisələrində kadr hazırlığının maliyyələşdirilməsi və hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına artım əmsalının tətbiq edilməsi qaydaları"nın təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin 2023-cü il14 iyun tarixli 192 nömrəli Qərarında dəyişiklik edilib. Qərara əsasən, qaydalara aşağıdakı məzmunda 169-193-cü hissələr əlavə edilib: 169. 3D rəqəmsal oyun dizayneri - 1 860 170. Alternativ enerji qurğu və avadanlıqlarının istismarı - 2 470 171. Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları üzrə operator - 1 280 172. Bədii tikmə ustası - 1 930 173. Daş memarlıq abidələrinin bərpaçısı - 1 650 174. Dronların texniki xidməti və təmiri üzrə texnik - 2 390 175. Elektrik sayğacları texniki - 2 580 176. Elektrik və hibrid avtomobillərinin texniki qulluğu və təmiri üzrə texnik - 2 710 177. Günəş panelləri quraşdırıcısı və təmirçisi - 2 580 178. İstehsalata rəqəmsal nəzarət sistemləri - 2 180 179. Kargüzarlıq və ofis xidmətləri üzrə mütəxəssis - 1 340 180. Mexatronika - 2 710 181. Musiqi alətlərinin ustası - 2 336 182. Qida və içki üzrə nəzarətçi - 2 210 183. Rəqəmsal inşaat üzrə mütəxəssis - 1 880 184. Rəqəmsal məzmun idarəçiliyi - 1 860 185. Satış və marketinq - 1 360 186. Suvarma maşınları və nasos qurğuları maşinisti - 2 388 187. Tədbirlərin planlaşdırılması və təşkili - 1 590 188. Yeraltı qaz kəmərlərinin təmiri və istismarı üzrə çilingər - 2 570 189. Kompüter sistem inzibatçısı - 1 440 190. Geodeziya və kartoqrafiya - 1 650 191. Satınalmaların təşkili - 1 340 192. Qida emalı texnologiyaları - 2 210 193. Bitki mühafizəsi və fumiqasiya işləri üzrə texnik - 2 200.
Facebook-da paylaş








