Azərbaycan millisi Tacikistana qalib gəlib
Bakıda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoxlama oyununu keçirib. Şəffaflıq.az xəbər verir ki, U-17 yenidən Tacikistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Milli Komandaların Təlim-Məşq Mərkəzində təşkil olunan görüş Aqil Nəbiyevin yetirmələrinin 3:2 hesablı qələbəsi ilə yekulaşıb. Azərbaycan millisinin heyətində qolları 47-ci dəqiqədə Rəsul Balakişiyev, 55-ci dəqiqədə Daniil Rəcəbov və 66-cı dəqiqədə Ruslan Əbilov vurublar.
Xəbəri paylaş
Facebook-da paylaş








