Ermənistan qarışa bilər - Rusiyanın güc strukturlarına hazırlıq tapşırığı

 

Kreml post-Paşinyan dönəminə hazırlaşır? “Məxməri” baş nazir inqilabdan keçən iki ildə Moskvanın etimadını qazana bilmədi; işğalçı ordunun itkiləri isə artır... 

Ermənistanda baş nazir Nikol Paşinyanla Konstitusiya Məhkəməsinin (KS) sədri, Paşinyanın şəxsi antipatiyası olan Hrayr Tovmasayn arasında konflikt böyüyür. Neçə vaxtdır Tovmasyanı vəzifəsindən uzaqlaşdıra bilməyən Paşinyan vaxt ötdükcə bunun onun olan-qalan reytinqinə güclü təsir edəcəyini fərq etməmiş deyil. Hərçənd konstitusiyaya görə, hakimiyyət bölgüsü baş nazirə KS sədrini vəzifədən uzaqlaşdırmaq səlahiyyəti tanımır.

Bununla belə, özünü demokrat sayan baş nazir üçün məsələ prinsipial önəm daşıdığından, üstəgəl, Nikol Paşinyan iki il ərzində Ermənistanda hələ də öz şəriksiz hakimiyyətini bərqərar edə bilmədiyindən, onun ixtilafın axırınadək gedəcəyi gözlənilir. Bütün bunlar isə həm yerli ekspertlər, həm də mötəbər beynəlxalq təşkilatlar tərəfindən işğalçı ölkədə kobud qanun pozuntusu, antidemokratik addım və hakimiyyət bölgüsü prinsipi üzərinə hücum olaraq qiymətləndirilməkdədir.

Artıq Avropa Şurası Parlament Assambleyasanın təzəcə başa çatan qış sessiyasında məsələ gündəmə gəlib. Eyni zamanda Venesiya Komissiyası yaranmış vəziyyətdən narahatlıq ifadə edib. İşğalçı ölkədə proseslərin qanuni və demokratik məcrada getməsi üçün çağırış edib.

Amma situasiya dəyişməz qalır. Çünki bu, baş nazir üçün hər şeydən öncə imic məsələsidir. Geri çəkilmək, üstəlik, siyasi opponentlərin dilinə düşmək demək olardı. Bu yerdə xatırladaq ki, ötən həftə etdiyi publik çıxışlarının birində Paşinyan Tovmasyanla bağlı məsələnin tezliklə bitəcəyinin anonsunu verib.    

Şəffaflıq.az   

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}