Bir günə 10 min dollar qazanır - 16 yaşlı gənc "YouTuber"in sərvəti gündəm oldu - FOTO

 

ABŞ-da yaşayan Coel Coani Silva adlı gənc qız 16 yaşı olmasına baxmayaraq milyonlar qazanır.

16 yaşlı Silva oyuncaqlar və məhsul tanıtımı videoları ilə tez bir zamanda fenomen olmağı bacarıb.

Silvanın anası rəqqasə atası isə həkimdir. Coel Coani Silva 2003-cü ildə may ayının 19-da dünyaya gəlib.

Gənc "youtuber" hər gün çəkdiyi videolar ilə sərvət qazanır. Artıq onun öz fotoşəkilləri ilə örtülmüş "Tesla" markalı maşını da var.

Son olaraq gənc "youtuber" 3.5 milyon dollara bir villa alıb. Onun bu addımı ciddi müzakirələrə səbəb olub.

Hətta onun bir musiqi albomu da var. Video çəkilişlərdən başqa konsertlərdə də iştirak edir. Coel Coani 10 yaşından bu yana bir neçə serial və filmlərdə də rol alıb. Ona qısaca olaraq Coco deyirlər.

Gündə orta hesabla 10 min dollar qazanan Silvanın "YouTube" hesabında 11 milyon, "İnstagram" hesabında isə 9 milyon izləyicisi var.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}