Hamiləlik əleyhinə həblərdən istifadə edən qadının beyninə SU YIĞILDI - FOTO

 İngiltərəli qadın şiddətli baş ağrısının səbəbini öyrənən zaman həyatının şokunu yaşayıb.
Şəffaflıq.az xəbər verir ki, İngiltərənin Essex bölgəsində yaşayan Kirstiy Luckin adlı gənc qadın dostları ilə əyləndiyi gecənin səhərisi şiddətli baş ağrısı ilə yuxudan oyanıb. Baş ağrısının səbəbinin axşam qəbul etdiyi spirtli içki olduğunu düşünən qadın ağrı şiddətlənən zaman həkimə müraciət edib. Həkim müayinəsindən sonra məlum olub ki, Kristinin beyninin bir hissəsinə su yığılıb. Gənc qadın öyrənib ki, 6 ildir fasilə vermədən qəbul etdiyi hamiləlik əleyhinə həblər beyninə su yığılmasına səbəb olub. Kristi müalicə alsa da baş ağrıları şiddətlənməkdə davam edib. O baş ağrısını azaltmaq üçün ağrıkəsicilərdən istifadə edir.
Qeyd edək ki, hamiləlik əleyhinə həblərin beyinə su yığması hər 10 mində bir qadında müşahidə edilir. (ölkə.az)

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}