Qəbələdə toydan qayıdan şəxslər qəzaya düşdü - Xəsarət alanlar var - FOTO

 

Qəbələdə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Şəffaflıq.az apa-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 16:00 radələrində Qəbələ-Ağdaş yolunda qeydə alınıb. "QAZ 2410" markalı, 10-KD-881 dövlət nömrə nişanlı minik avtomobili hərəkətdə olarkən təkəri partlayıb və yoldan çıxaraq elektrik dirəklərinə çırpılıb. Hadisə zamanı avtomobildə olan 3 qadın xəsarət alıb. Yaralılar Qəbələ rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Məlumata görə, qəzaya düşən avtomobildəki şəxslər toydan qayıdırmış.

Faktla bağlı araşdırma aparılır. 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}