Şirvanda mikroavtobus “VAZ”la toqquşdu: ölən var - FOTO

 Şirvanda ağır yol qəzası baş verib.
Şəffaflıq.az APA-ya istinadən xəbər verir ki, hadisə Şirvan-Sabirabad yolunda qeydə alınıb. "Mercedes" markalı, 18 BX 708 dövlət nömrə nişanlı mikroavtobus "VAZ-21014" markalı, 18 BX 577 dövlət nömrə nişanlı avtomobillə toqquşub.
Qəza nəticəsində minik avtomobilinin sürücüsü hadisə yerindəcə keçinib. Mikroavtobusun sürücüsü isə xəsarətlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}