Əsas Səhifə > Hadisə > Şirvanda mikroavtobus “VAZ”la toqquşdu: ölən var - FOTO

Şirvanda mikroavtobus “VAZ”la toqquşdu: ölən var - FOTO


17-10-2019, 18:58
 Şirvanda ağır yol qəzası baş verib.
Şəffaflıq.az APA-ya istinadən xəbər verir ki, hadisə Şirvan-Sabirabad yolunda qeydə alınıb. "Mercedes" markalı, 18 BX 708 dövlət nömrə nişanlı mikroavtobus "VAZ-21014" markalı, 18 BX 577 dövlət nömrə nişanlı avtomobillə toqquşub.
Qəza nəticəsində minik avtomobilinin sürücüsü hadisə yerindəcə keçinib. Mikroavtobusun sürücüsü isə xəsarətlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Geri qayıt