Goranboyda ağacın aşması nəticəsində yaranan fəsad aradan qaldırıldı - YENİLƏNİB + FOTO


Goranboyda müşahidə olunan güclü külək nəticəsində irigövdəli ağacın törətdiyi fəsad aradan qaldırılıb.

Bu barədə Oxu.Az-a Goranboy Rayon İcra Hakimiyyətindən bildirilib.

Qeyd edilib ki, ötən gecə güclü külək Goranboy-Qızılhacılı yolunun kənarında yerləşən qovaq ağacını kökündən çıxarıb. Nəticədə ağac rabitə xəttinin üzərinə düşüb. Baş verən fəsad artıq aradan qaldırılıb.

02:46

Goranboyda müşahidə olunan güclü külək irigövdəli ağaclardan birini aşırıb.

“Report”un məlumatına görə, külək Goranboy-Qızılhacılı yolunun kənarında yerləşən və 70-ə yaxın yaşı olan “Qovaq” ağacını kökündən çıxarıb.

Nəticədə ağac rabitə xəttinin üzərinə düşüb, telekommunikasiya təsərrüfatına ciddi ziyan dəyib.

Hadisə zamanı xəsarət alan olmayıb.






İlhamə Əbülfət

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}