Belarus Ukrayna ilə sərhədə beş taktiki qrup göndərir

 

Belarus Müdafiə Nazirliyi Ukrayna ilə sərhədə 5 batalyon-taktiki qrup göndərdiyini bəyan edib.


Şəffaflıq.az xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Onların yol ərazilərində kəşfiyyat, patrul, obyektlərin mühafizəsi və müdafiə tapşırıqlarını yerinə yetirəcəkləri bildirilsə də, Ukrayna mətbuatı bunu Belarusun müharibəyə birbaşa girişi kimi dəyərləndirib: "Putin Lukaşenko danışıqlarından sonra Belarusun Rusiyaya müharibə zonasında açıq yardım edəcəyi gözlənilən idi", - deyə qeyd edilib.

Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisi bunun Rusiya tərəfində Ukraynaya qarşı müharibəyə girməyə hazırlığın bir hissəsi olduğunu inkar edib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}