Dünyada son sutkada 280 mindən çox yoluxma

 

Dünyada son bir gündə koronavirusa 280 mindən çox yoluxma qeydə alınıb. 

Şəffaflıq.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib.

Son məlumata əsasən bir gün ərzində infeksiyaya yoluxma ilə bağlı 280 853 hal qeydə alınıb, “COVID-19”dan 6 884 pasiyent ölüb. Beləliklə, dünyada “COVID-19”a yoluxma hallarının ümumi sayı 111 419 939, ölüm hallarının sayı 2 470 772 təşkil edir.

Təhlükəli virusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Bu ölkədə 27 828 370 nəfər virusa yoluxub. Daha sonra Hindistan (11 016 434), Braziliya (10 168 174), Rusiya (4 189 153), Böyük Britaniya (4 126 154), Fransa (3 547 055), İspaniya (3 153 971), İtaliya (2 818 863), Türkiyə (2 646 526), Almaniya (2 394 811), Kolumbiya (2 226 262) və Argentina (2 069 751) gəlir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}