Dünyada koronavirusa son sutkada 355 mindən çox yoluxma

 

Dünyada son bir gündə koronavirusa 355 mindən çox yoluxma qeydə alınıb. 


Şəffaflıq.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib.

Son məlumata əsasən bir gün ərzində infeksiyaya yoluxma ilə bağlı 355 041 hal qeydə alınıb, “COVID-19”dan 10 422 pasiyent ölüb. Beləliklə, dünyada “COVID-19”a yoluxma hallarının ümumi sayı 104 370 550, ölüm hallarının sayı 2 271 180 təşkil edir.

Təhlükəli virusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Bu ölkədə 26 172 274 nəfər virusa yoluxub. Daha sonra Hindistan (10 802 591), Braziliya (9 339 420), Rusiya (3 934 606), Böyük Britaniya (3 892 463), Fransa (3 221 178), İspaniya (2 913 425), İtaliya (2 597 446), Türkiyə (2 508 988), Almaniya (2 264 909), Kolumbiya (2 125 622) və Argentina (1 952 744) gəlir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}