Dünyada son sutkada 600 mindən çox yoluxma

 

Dünyada son bir gündə koronavirusa 600 mindən çox yoluxma qeydə alınıb. 


Şəffaflıq.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib.

Son məlumata əsasən bir gün ərzində infeksiyaya yoluxma ilə bağlı 610 413 hal qeydə alınıb, COVID-19-dan 14 569 pasiyent ölüb. Beləliklə, dünyada COVID-19-a yoluxma hallarının ümumi sayı 95 612 831, ölüm hallarının sayı 2 066 176 təşkil edir.

Təhlükəli virusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Bu ölkədə 24 037 236 nəfər virusa yoluxub. Daha sonra Hindistan (10 610 883), Braziliya (8 573 864), Rusiya (3 655 839), Böyük Britaniya (3 505 758), Fransa (2 916 577), İtaliya (2 414 166), İspaniya (2 412 318), Almaniya (2 088 400), Kolumbiya (1 939 071), Argentina (1 819 569) və Meksika (1 668 396) gəlir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}