Pentaqon binasının yaxınlığında iki avtobusun iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində azı 23 nəfər xəsarət alıb.
ABŞ-nin Virciniya ştatının Arlinqton şəhərində Pentaqon binasının yaxınlığında iki avtobusun iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində azı 23 nəfər xəsarət alıb. Şəffaflıq.az bu barədə "Fox News"a istinadən xəbər verir. Məlumata görə, xəsarət alanlardan azı 10-u Amerika müdafiə idarəsinin əməkdaşıdır. Təcili yardım briqadaları 18 nəfəri tibb müəssisələrinə çatdırıb, daha beş nəfər isə lazımi tibbi yardımı birbaşa qəza yerində alıb. Pentaqonun hüquq-mühafizə orqanları hadisə faktını təsdiqləyib və idarənin yaxınlığında yerləşən nəqliyyat qovşağının və metro stansiyasının tamamilə bağlandığını elan edib.
Xəbəri paylaş
Facebook-da paylaş








