Şəkidə avtomobilin ağaca çırpılması nəticəsində ölən və xəsarət alanlar var.
Şəkidə avtomobilin ağaca çırpılması nəticəsində ölən və xəsarət alanlar var. Şəffaflıq.az məlumatına görə, hadisə gecə saat 02 radələrində Qaraməryəm-İsmayıllı-Şəki yolunun Şəki rayonunun Köbər Zəyzid kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Elsevər İsmayılovun idarə etdiyi "Mercedes" markalı avtomobil ağaca çırpılıb. Nəticədə nəqliyyat vasitəsində olan sərnişinlər - 49 yaşlı Rizvan İsmayılov və 68 yaşlı Tamilə İsmayılova xəsarət alıb. T.İsmayılova aldığı xəsarətlərdən xəstəxanada vəfat edib. DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş








