Dünyada son sutkada 700 minə yaxın yoluxma

 

Dünyada son bir gündə koronavirusa 683 mindən çox yoluxma qeydə alınıb. 


Şəffaflıq.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib.

Son məlumata əsasən bir gün ərzində infeksiyaya yoluxma ilə bağlı 683 378 hal qeydə alınıb, COVID-19-dan 12 893 pasiyent ölüb. Beləliklə, dünyada COVID-19-a yoluxma hallarının ümumi sayı 93 194 922, ölüm hallarının sayı 2 014 729 təşkil edir.

Təhlükəli virusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Bu ölkədə 23 344 423 nəfər virusa yoluxub. Daha sonra Hindistan (10 557 985), Braziliya (8 393 492), Rusiya (3 568 209), Böyük Britaniya (3 357 365), Fransa (2 846 971), İtaliya (2 368 733), İspaniya (2 211 967), Almaniya (2 033 518), Kolumbiya (1 870 179), Argentina (1 783 047) və Meksika (1 609 735) gəlir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}