Dünyada son sutkada 570 mindən çox yoluxma

 

Dünyada son bir gündə koronavirusa 570 mindən çox yoluxma qeydə alınıb.


Şəffaflıq.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib.

Son məlumata əsasən bir gün ərzində infeksiyaya yoluxma ilə bağlı 570 976 hal qeydə alınıb, “COVID-19”dan 15 716 pasiyent ölüb. Beləliklə, dünyada COVID-19-a yoluxma hallarının ümumi sayı 101 053 721, ölüm hallarının sayı 2 182 867 təşkil edir.

Təhlükəli virusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Bu ölkədə 25 354 044 nəfər virusa yoluxub. Daha sonra Hindistan (10 720 048), Braziliya (8 996 876), Rusiya (3 813 048), Böyük Britaniya (3 743 738), Fransa (3 079 545), İspaniya (2 705 001), İtaliya (2 515 507), Türkiyə (2 457 118), Almaniya (2 192 850), Kolumbiya (2 055 305) və Argentina (1 896 053) gəlir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}