Dünyada son sutkada koronavirusa 192 mindən çox yoluxma baş verib

 

Dünyada son bir gündə koronavirusa 192 mindən çox yoluxma qeydə alınıb.


Şəffaflıq.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib.

Son məlumata əsasən bir gün ərzində infeksiyaya yoluxma ilə bağlı 192 266 hal qeydə alınıb, “COVID-19”dan 5 892 pasiyent ölüb. Beləliklə, dünyada “COVID-19”a yoluxma hallarının ümumi sayı 108 822 960, ölüm hallarının sayı 2 403 641 təşkil edir.

Təhlükəli virusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Bu ölkədə 27 309 503 nəfər virusa yoluxub. Daha sonra Hindistan (10 925 710), Braziliya (9 834 513), Rusiya (4 099 323), Böyük Britaniya (4 047 847), Fransa (3 410 715), İspaniya (3 086 286), İtaliya (2 729 223), Türkiyə (2 594 128), Almaniya (2 342 843), Kolumbiya (195 039) və Argentina (2 025 798) gəlir.
шаблоны для dle 11.2


Facebook-da paylaş


{sape_links}{sape_article}