Dünyada son sutkada 460 mindən çox yoluxma

 

Dünyada son bir gündə koronavirusa 460 mindən çox yoluxma qeydə alınıb.


Şəffaflıq.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib.

Son məlumata əsasən bir gün ərzində infeksiyaya yoluxma ilə bağlı 460 906 hal qeydə alınıb, “COVID-19”dan 15 407 pasiyent ölüb. Beləliklə, dünyada “COVID-19”a yoluxma hallarının ümumi sayı 104 956 439, ölüm hallarının sayı 2 290 488 təşkil edir.

Təhlükəli virusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Bu ölkədə 26 418 016 nəfər virusa yoluxub. Daha sonra Hindistan (10 814 304), Braziliya (9 396 293), Rusiya (3 951 233), Böyük Britaniya (3 911 577), Fransa (3 241 919), İspaniya (2 913 425), İtaliya (2 611 659), Türkiyə (2 516 889), Almaniya (2 275 394), Kolumbiya (2 135 412) və Argentina (1 961 635) gəlir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}