Dünyada son sutkada koronavirusa 384 mindən çox yoluxma

 

Dünyada son bir gündə koronavirusa 384 mindən çox yoluxma qeydə alınıb. 


Şəffaflıq.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib.

Son məlumata əsasən bir gün ərzində infeksiyaya yoluxma ilə bağlı 384 448 hal qeydə alınıb, “COVID-19”dan 10 471 pasiyent ölüb. Beləliklə, dünyada “COVID-19”a yoluxma hallarının ümumi sayı 109 997 288, ölüm hallarının sayı 2 435 145 təşkil edir.

Təhlükəli virusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Bu ölkədə 27 560 643 nəfər virusa yoluxub. Daha sonra Hindistan (10 963 394), Braziliya (9 978 747), Rusiya (4 139 031), Böyük Britaniya (4 083 246), Fransa (3 476 135), İspaniya (3 121 687), İtaliya (2 765 412), Türkiyə (2 616 600), Almaniya (2 369 719), Kolumbiya (2 207 701) və Argentina (2 039 124) gəlir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}