Nigeriyada təyyarə qəzası: Altı nəfərin öldüyü deyilir

 

Nigeriya hərbi hava qüvvələrinin kəşfiyyat təyyarəsi paytaxtdakı Abuca hava limanı yaxınlığında qəzaya uğrayıb.

Şəffaflıq.az “Nigerian Tribune” qəzetində nəşr olunmuş məlumata istinadən xəbər verir ki, qəzadan sağ çıxan olmayıb. Göyərtədəki iki heyət üzvü də daxil olmaqla, bütövlükdə altı nəfər həlak olub.

Qeyd edək ki, bir qədər əvvəl ölkənin Aviasiya naziri Hadi Sirika, “Beechcraft King Air 350i” qoşa turbo mühərrikli təyyarənin Abuca Beynəlxalq Hava Limanından yola çıxarkən qəzaya uğradığını bildirib. Təyyarə şimal-qərbə Niger əyalətindəki Minna şəhərinə doğru hərəkət edib. Nazir hava gəmisinin mühərriklərindən birinin sıradan çıxdığını qeyd edib.

Nigeriyanın “Vanguard” qəzeti isə pilotun təyyarəni yaşayış sahələrindən uzaqlaşdırdığını, onun tarlaya düşdüyü və tamamilə yandığını bildirib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}