Parisdə dəhşət - Notr-Dam kilsəsi yanır - FOTO/VİDEO

Fransa paytaxtında yerləşən XII əsrə aid Paris Notr-Dam kilsəsində (Notr-Dam de Pari) yanğın baş verib.
Şəffaflıq.az xəbər verir ki, alov kilsə qüllələrindən birini əhatə edib. Yyanğın təxminən yerli vaxtla saat 18:50-də başlayıb. Yanğın davam edir.
Yanğının söndürülməsi üçün yüzlərlə texniki və canlı qüvvə əraziyə cəlb olunub.
Kilsənin damı və üzərində olan saat uçub. Alov yayılmağa davam edir.
Qeyd edəkl ki, Fransa Prezidenti Emmanuel Makronun bu gün televiziyadan xalq qarşısında çıxışı təxirə salınıb.
Emmanuel Makron “Sarı jiletlilər”in tələblərini nəzərə alaraq, ölkə prezidentinin rəhbərliyi ilə aparılan böyük debatların nəticələrini televiziya vasitəsilə xalqa açıqlamalı idi.Yenicag.az




 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}