Azərbaycanlı fəal İranda həbs edildi

Azərbaycan əsilli İran vətəndaşı, siyasi fəal Əli Əzizi haqqında həbs qətimkan tədbiri seçilib.
Şəffaflıq.az xəbər verir ki, o, rejim əlyehinə təxribat törətmək və Cənubi Azərbaycan Milli Azadllıq Hərəkatına üzv olmaqda ittiham olunaraq 6 il həbs cəzasına məhkum olunub.
Qərarı Təbriz İnqilab Məhkəməsi qəbul edib.
Ə.Əzizi qərar barəsində appeliyasiya məhkəməsinə şikayət edəcək.
Qeyd edək ki, Ə.Əzizi 2019-cu ildə benzinin bahalaşmasına qarşı etiraz aksiyalarına qoşulduğu üçün cərimə və 20 qamçı ilə cəzalandırılmışdı.

Zümrüd

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}