Barens dənizində balıqçı gəmisi batıb, 17 nəfər itkin düşüb

 

Barens dənizində balıqçıların olduğu "Oneqa" gəmisi batıb. Gəminin göyərtəsində olan 19 nəfərdən ikisi xilas edilib, 17 nəfər itkin düşüb.

Şəffaflıq.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin açıqlamasında deyilir.

Hadisə barədə məlumat bu gün səhər saatlarında daxil olub. İlkin məlumata görə, gəmi buzlanma səbəbindən batıb.

"Ekipaj 19 nəfərdir. İki nəfər xilas edilib", - Fövqəladə Hallar Nazirliyinin məlumatında deyilir.

Hazırda "Voykovo" gəmisinin heyəti balıqçıların axtarışı ilə məşğuldur, hadisə yerinə əlavə üç gəmi göndərilib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}