Pakistanın Xarici İşlər naziri koronavirusa yoluxub
Pakistanın Xarici İşlər naziri Şah Mahmud Qureyşi yeni koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Şəffaflıq.az-ın verdiyi xəbərə görə, nazir bu barədə “Twitter”də yazıb.
O, bu gün səhər hərarətinin artdığını bildirib:
“Dərhal evimdə karantin elan etdim. COVID-19 testim pozitiv çıxıb”.
Nazir vəzifəsini evdən icra edəcəyini vurğulayıb.
Bundan əvvəl Pakistan parlamentinin spikeri Əsəd Qeysərdə, Sind vilayətinin qubernatoru İmran İsmayılda, Pakistan Xalq Partiyasının lideri Səid Qənidə və Dəmir Yolu naziri Şeyx Rəşiddə koronavirus aşkarlanıb və onlar sağalıblar. Lakin bir sıra siyasətçilər, o cümlədən Bəlucistanın qubernatoru Sayed Fazal Ağa və Sind vilayətinin Yaşayış Məntəqəli üzrə naziri Qulam Mürtəza Bəlux koronavirusdan vəfat ediblər.
Qeyd edək ki, son məlumatlara görə Pakistanda 223 mindən çox insan koronavirusa yoluxub, xəstəliyə yoluxanlardan 4.5 mindən çoxu vəfat edib.
Facebook-da paylaş