AMB cari əməliyyatlar balansının profisiti ilə bağlı proqnozlarını yeniləyib


2026-cı ildə Azərbaycanın cari əməliyyatlar balansının (CƏB) profisitinin 8,5 milyard ABŞ dolları, 2027-ci ildə isə 5,4 milyard ABŞ dolları təşkil edəcəyi gözlənilir.

Şəffaflıq.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Xatırladaq ki, AMB iyulda CƏB üçün 2026-cı il üçün 6,1 milyard ABŞ dolları, 2027-ci il üçün isə 5,2 milyard ABŞ dolları profisit proqnozlaşdırmışdı.

"Əsas ixrac məhsulları üzrə qiymətlərin yüksək olması, eləcə də qeyri-neft-qaz əmtəə və xidmətlər ixracı üzrə müsbət meyillərin davam etdiyi şəraitdə 2026 və 2027-ci ilə cari əməliyyatlar hesabının profisiti üzrə proqnozu artım istiqamətində dəyişdirilib", - deyə AMB bəyan edib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}