Ramin Məmmədov Naxçıvanda vətəndaşları qəbul edəcək
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov noyabrın 2-də Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri, Şərur, Ordubad, Babək, Culfa, Şahbuz, Sədərək və Kəngərli rayonlarından olan vətəndaşlarını qəbul edəcək. Bu barədə Komitədən bildirilib. Qeyd edilib ki, qəbul saat 11:00-da Şərur rayonunda (Şərur Rayon İcra Hakimiyyətinin inzibati binası, Şərur şəhəri, Heydər Əliyev pr., 7) keçiriləcək. Şəffaflıq.az 
Xəbəri paylaş
Facebook-da paylaş








