Əsas Səhifə > SİYASƏT > Ramin Məmmədov Naxçıvanda vətəndaşları qəbul edəcək
Ramin Məmmədov Naxçıvanda vətəndaşları qəbul edəcəkBu gün, 11:44 |
|
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov noyabrın 2-də Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri, Şərur, Ordubad, Babək, Culfa, Şahbuz, Sədərək və Kəngərli rayonlarından olan vətəndaşlarını qəbul edəcək. Bu barədə Komitədən bildirilib. Qeyd edilib ki, qəbul saat 11:00-da Şərur rayonunda (Şərur Rayon İcra Hakimiyyətinin inzibati binası, Şərur şəhəri, Heydər Əliyev pr., 7) keçiriləcək. Şəffaflıq.az Geri qayıt |