Türkiyədə daha 1492 nəfər koronavirusa yoluxub - 19 nəfər ölüb

 

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 19 nəfər ölüb.

Şəffaflıq.az-ın xəbərinə görə, bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirlərilə bağlı yaradılan Elm Qurumunun toplantısından sonra bildirib.

Nazir qeyd edib ki, son 24 saatda 52 901 şübhəli koronavirus testindən keçib, onlardan 1492-nin cavabı pozitiv çıxıb. Bu gün daha 1261 xəstə sağalıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 4861 nəfər ölüb, 182 727 nəfər bu infeksiyaya yoluxub, 154 640 nəfəri isə müalicə olunub.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}