Türkiyədə koronavirusdan daha 50 nəfər ölüb

 

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 50 nəfər ölüb.

Şəffaflıq.az xəbər verir ki, bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb.

Nazir qeyd edib ki, son 24 saatda 35605 şübhəli koronavirus testindən keçib, onlardan 1546-nın cavabı pozitiv çıxıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 3739 nəfər ölüb, 137115 nəfər bu infeksiyaya yoluxub, 89480 nəfəri isə müalicə olunub.

Bu gün 3084 xəstə evə buraxılıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}