Ucarda 56 yaşlı dializ xəstəsi müalicə zamanı ölüb
Ucarda xəstəxanada ölüm hadisəsi baş verib. Şəffaflıq.az xəbər verir ki, rayon sakini, 56 yaşlı dializ xəstəsi Nizami Hüseynov Ucar Rayon Mərkəzi Xəstəxanasında ölüb. TƏBİB-dən yerli büronun sorğusuna cavab olaraq bildirilib ki, 1970-ci il təvəllüdlü şəxs hemodializ prosedurunun aparılması məqsədilə tibb müəssisəsinə müraciət edib: "Pasiyentin prosedurdan əvvəl çəkisi və arterial təzyiqi ölçülüb, müvafiq prosedur qaydalarına əməl olunub. Lakin hemodializ proseduruna başlamadan pasiyent özünü narahat hiss etdiyini bildirib. Bu səbəblə Təcili tibbi yardım şöbəsindən həkim dəvət olunub. Pasiyent müayinə edildikdən sonra reanimasiya tədbirlərinə başlanılıb. Ambu vasitəsilə süni tənəffüs, ürəyin qapalı masajı və zəruri medikamentoz reanimasiya tədbirləri həyata keçirilib. Təxminən 30 dəqiqə ərzində göstərilən intensiv reanimasiya tədbirləri tətbiq olunub. Lakin pasiyent aparılan reanimasiya tədbirlərinə cavab verməyib və 15.07.2026-cı il tarixində saat 14:20 radələrində şəxsin bioloji ölüm faktı qeydə alınıb".
Facebook-da paylaş








