"Şamaxı" gürcüstanlı hücumçu Tornike Axvledianini heyətinə qatıb
"Şamaxı" klubu gürcüstanlı hücumçu Tornike Axvledianini heyətinə qatıb. Bu barədə bölgə təmsilçisinin mətbuat xidmətindən məlumat verilib. Klub 26 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalayıb. Qeyd edək ki, Tornike Axvlediani son olaraq Gürcüstanın "İberiya 1999" komandasında çıxış edib. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş








