ABŞ Milli Kəşfiyyat İdarəsində ixtisarların yeni dalğası başlayıb
ABŞ-nin Milli Kəşfiyyat İdarəsinin direktoru vəzifəsini icra edən Bill Pulti idarədə növbəti ixtisar dalğasının başladığını bildirib. Şəffaflıq.az xəbər verir ki, müvafiq paylaşım məmurun "X" sosial şəbəkə hesabında yerləşdirilib. "ABŞ Milli Kəşfiyyat İdarəsi əvvəlki istənilən dövrlə müqayisədə daha böyük səmərəlilik və məhsuldarlıqla fəaliyyət göstərir. Bu gün biz artıq hesab edilən və ya ikinci dərəcəli funksiyaları icra edən işçilərin ixtisarının üçüncü mərhələsinə başladıq", - o yazıb. Bununla belə, Pulti ixtisarların şamil olunacağı mütəxəssislərin konkret sayını açıqlamayıb. Bundan əvvəl ABŞ Milli Kəşfiyyatında artıq kadr ixtisarları həyata keçirilib. CNN telekanalının iyunda dərc edilmiş məlumatına görə, Ağ Evin rəhbəri Donald Tramp Pultini idarənin müvəqqəti rəhbəri vəzifəsinə təsdiqləyərkən onun yüzlərlə əməkdaşı işdən çıxaracağını gözləyirdi.
Facebook-da paylaş








