Avropa çempionatı: Azərbaycanın qadın basketbolçuları Rumıniyanı məğlub edib


Azərbaycanın qadınlardan ibarət basketbol üzrə U-20 millisi Bolqarıstanın Samokov şəhərində keçirilən Avropa çempionatının B divizionunda Rumıniya yığmasını məğlub edib.

Bu barədə Şəffaflıq.az-a Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.

9-14-cü yerlər uğrunda oyun millinin 64:50 hesablı qələbəsi ilə yekunlaşıb.

Komanda son oyununu sabah, Bakı vaxtı ilə saat 19:00-da İsveçrə yığmasına qarşı keçirəcək. Milli bu görüşdə qalib gəlsə, Avropa çempionatını 10-cu sırada bitirəcək.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}