İrəvani: ABŞ beynəlxalq öhdəliklərini pozub


ABŞ İslamabad Anlaşma Memorandumundakı öhdəliklərini pozmağa davam edəcəyi təqdirdə, İran da razılaşmanı icra etməyəcək.

Şəffaflıq.az IRIB-yə istinadən xəbər verir ki, bunu İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani deyib.

"ABŞ və İsrail İrana qarşı qanunsuz hərəkətlərinin bütün nəticələrinə görə tam məsuliyyət daşıyır və buna görə cavab verməlidir", - o bildirib.

İrəvaninin sözlərinə görə, ABŞ-nin 7-8 iyul tarixlərində İranın cənub şəhərlərinə və adalarına endirdiyi hava zərbələri beynəlxalq öhdəliklərin, həmçinin BMT Nizamnaməsinin açıq-aşkar pozulmasıdır:

"ABŞ İrana qarşı bütün hərbi əməliyyatları dayandırmaq və təhdidlərdən, yaxud güc tətbiqindən çəkinmək öhdəliyini öz üzərinə götürüb".


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}