Rusiyanın endirdiyi zərbələr nəticəsində Sumı vilayətində 3 nəfər ölüb, 7 nəfər yaralanıb
Rusiya Silahlı Qüvvələri Ukraynanın Sumı vilayətinə altı idarəolunan aviabomba atıb, nəticədə 3 nəfər ölüb, 7 nəfər yaralanıb. Şəffaflıq.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorov bildirib. "Düşmən Sumı icmasının ərazisinə idarəolunan aviabombalarla altı zərbə endirib. Onlardan biri tibb müəssisələrinin yaxınlığına - insanların və nəqliyyatın sıx hərəkət etdiyi əraziyə düşüb. Digər zərbələr, ilkin məlumata görə, infrastruktur obyektlərinə endirilib", - o qeyd edib.
Xəbəri paylaş
Facebook-da paylaş








